bkGOINoTjjfC9qv65YgZt2qvSgxpXLySsTqiGzRU

“Tramp marşrutu”nun reallaşması ABŞ-ın Ermənistan ərazisində, İran sərhədinə yaxın bölgədə hərbi və kəşfiyyat imkanlarını genişləndirməsinə şərait yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov çıxış edib.

Onun sözlərinə görə, Ermənistan ərazisindən keçəcək marşrutun yaradılması Qərb ölkələrinə, xüsusilə də ABŞ-a bölgədə müxtəlif hərbi imkanlardan istifadə etmək şəraiti yarada bilər:

“Bu çərçivədə ABŞ öz qoşunlarını, özəl hərbi şirkətlərini və kəşfiyyat infrastrukturunu Ermənistan ərazisində, İran sərhədinin yaxınlığında yerləşdirə bilər”.

Qeyd edək ki, Rusiya tərəfi Zəngəzur dəhlizi üzrə öz kontingentinin yerləşdirilməsində maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Ermənistan isə bu məsələdə Moskvanın deyil, ABŞ-ın iştirakı ilə formalaşdırılan yanaşmanı qəbul edib.

Diqqətçəkən məqam isə İrandakı bəzi dairələrin bu dəhliz məsələsinə görə zaman-zaman Azərbaycanı ittiham etməyə çalışmasıdır. Halbuki məhz Ermənistan öz ərazisinə başqa ölkənin kontingentini gətirir. Bu reallıq fonunda rəsmi Bakını ittiham edən İrandakı müəyyən dairələrin Ermənistanla bağlı susqunluğu birmənalı qarşılanmır.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: