lavrov pasinyan 1

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin dəmir yollarının konsessiyasının üçüncü tərəfə verilməsi ilə bağlı müraciəti Moskvanın narazılığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov danışıb. 

O qeyd edib ki, bu təşəbbüs Rusiyada həm təəccüb, həm də emosional reaksiyalar doğurub.

Lavrovun fikrincə, məsələni açıq şəkildə gündəmə gətirmək əvəzinə, əvvəlcə Rusiya tərəfi ilə müzakirə aparmaq mümkün idi:

Əgər artıq belə məsələlər yaranıbsa, bu barədə öz həmkarına danış və bu məsələ ilə bağlı necə düşündüyünü izah et. Bunun əvəzinə isə açıq şəkildə bəyan edilir ki, guya bu, ümumiyyətlə onların özünündür və guya biz onlara 2 milyard borcluyuq. İqtisadi təhlilə əsaslanan qiymətləndirmələrdən əlavə, bu, vətəndaşlarımızda müəyyən emosiyalar yaradır. Mən də istisna deyiləm”.

RusiyaErmənistan münasibətlərində Ukrayna məsələsində yol verilən səhvlərin təkrarlanmaması üçün hansı addımların atılmalı olduğu barədə sualı cavablandıran Lavrov isə Moskvanın üzərinə düşəni etdiyini söyləyib:

“Bizim bütün mövqelərimiz və Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakdan əldə etdiyi üstünlüklər, o cümlədən bizdən enerji resurslarını Avropa İttifaqındakı qiymətlərdən 3-4 dəfə ucuz alması ortadadır. Hesab edirəm ki, orada yaxşı iqtisadçılar var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: