Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) dəfn olunub.
Globalinfo.az bildirir ki, bu barədə Lent.az-a onun yaxınları məlumat verib.
Jurnalist Şüvəlan qəsəbəsində, “qədim qəbiristan”lıq adlanan ərazidə bacısı Sədaqət İsmayılovanın məzarı yanında torpağa tapşırılıb.
Onun dəfn mərasiminə ailə və qohumları, sənət və iş yoldaşları gəlib.
Xatırladaq ki, Ədalət İsmayılov ötən gün axşam 58 yaşında dünyasını dəyişib.
***09:25
BBC-nin Bakı ofisinin sabiq əməkdaşı Ədalət İsmayılov dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun keçmiş həmkarı Nailə Balayeva məlumat yayıb.
Ə.İsmayılov BBC-nin Azərbaycan xidmətində texniki və inzibati sahələrdə xidmət göstərib.