tramp donald

“İranın nüvə silahından imtina etməsi rəsmi sənədlərdə təsbit olunacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Nyus”a müsahibəsində deyib.

“Onlar artıq nüvə silahına sahib ola bilməzlər. Amma bu, rəsmi şəkildə sənədlərdə də öz əksini tapacaq”, – deyə ABŞ lideri bildirib.

Ötən həftə Tramp ABŞ ilə İran arasında avqustun 3-də danışıqlar keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu iddianı təkzib edərək bildirib ki, Tehran hazırda Vaşinqtonla heç bir danışıqlar aparmır və yalnız Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı Omanla təmas saxlayır.

Buna cavab olaraq Tramp İran hakimiyyətini “ikiüzlülükdə” ittiham edib. Onun sözlərinə görə, Tehran qapalı qapılar arxasında ABŞ ilə görüşlər üçün israr etsə də, bunu ictimaiyyət qarşısında inkar edir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: