“Ukrayna Stepan Banderanı və onunla əlaqəli simvolları dövlət səviyyəsində ucaltdığı müddətdə Avropa İttifaqına üzv ola bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.
“Məsələ çox aydındır – Avropa Birliyini onun dəyərlərinə uyğun gəlməyən tarix üzərində qurmaq olmaz”, – nazir vurğulayıb.
Kosinyak-Kamış hesab edir ki, Ukraynanın Aİ-yə üzvlük danışıqlarında ən çətin məsələlərdən biri də korrupsiya ilə mübarizə olacaq.
Onun sözlərinə görə, bu proses illərlə davam edə bilər.
Qeyd edək ki, son aylar Polşa ilə Ukrayna arasında münasibətlər daha da gərginləşib. Polşa Prezidenti Karol Navroçki Ukrayna Prezidenti Volodimir Zelenskini Ukrayna ordusunun bölmələrindən birinə “UPA Qəhrəmanları” adının verilməsinə etiraz olaraq “Ağ Qartal” ordenindən məhrum edib. Buna cavab olaraq Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Viktor Yuşşenko və Pyotr Poroşenko Polşa dövlət mükafatlarından imtina ediblər.
Əliyar Xəlil
Globalinfo.az