iran raket

İran Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları və ya raketlərlə zərbə endirə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd olunur ki, Tehranla Kiyev arasındakı məsafənin 2 min kilometrdən az olması İranın bəzi raket və dronlarının uçuş məsafəsinə uyğun gəldiyi üçün belə bir ssenari texniki baxımdan mümkün hesab edilir.

Müzakirələr İranın xarici işlər naziri Abbas Əraqçinin Ukraynanı Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməkdə ittiham etməsindən sonra daha da güclənib. İran rəsmisi bəyan edib ki, bu hadisə cavabsız qalmayacaq.

Qeyd edək ki, bundan əvvəl Tehran Ukraynanın Xəzər dənizində İran ticarət gəmisini vurduğunu, nəticədə bir nəfərin həlak olduğunu, iki nəfərin yaralandığını açıqlamışdı.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, ordu Rusiyaya hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə zərbələr endirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: