Sural Sadiqli 11

Almaniyada yaşayan “Azad söz” internet kanalının admini Tural Sadıqlı ilə bağlı yeni məlumatlar yayılıb. Onun separatçı ermənilər barədə bir vaxtlar paylaşdığı video yenidən gündəm olub.

Prezidentin köməkçisi Hikmət Hacıyevin bir neçə gün öncə Berlində Tural Sadıqlı ilə dialoq zamanı ona vətənə xəyanət etməyin çox pis iş olduğunu xatırladan zaman Tural “mən vətənə xəyanət etmirəm, vətənə sevgim sonsuzdur” sözləri işlədib. Hikmət Hacıyev isə ona “Artsax”ı müdafiə edən, ermənilərin xeyrinə çəkdiyi videonu xatırladıb. Tural Sadıqlı o videoların montaj olduğu söyləyib.

Tural Sadıqlı öz səhifəsində paylaşdığı həmin videoda Azərbaycan ərazilərini işğal edən erməniləri müdafiə edir, Azərbaycan ordusunun ərazi bütövlüyümüz uğrunda apardığı hərbi əməliyyatları isə pisləyir. Videoda Norveçə sığınmış polkovnik İsa Sadıqovla danışan Tural, açıq şəkildə işğalçı ermənilərə haqq qazandırır, onları birmənalı şəkildə müdafiə edir, Azərbaycan dövlətini “Artsax”ın mövcudluğu ilə barışmağa səsləyir.

Globalinfo.az sözügedən videonun detallı şəkildə yayılan variantını təqdim edir.

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: