Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin təhlükəsizliyini gücləndirmək məqsədilə Ukrayna ilə sərhəd boyunca xüsusi əməliyyat qüvvələrinin yerləşdirildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Belta” nəşri məlumat yayıb. Lukaşenko bildirib ki, bu addım hücum məqsədi daşımır:
“Bu, heç kimə hücum etdiyimiz anlamına gəlmir. Biz heç kimə hücum etmirik, sadəcə öz təhlükəsizliyimizi təmin edirik.”
Prezident eyni zamanda məhsul yığımı mövsümündə əmək intizamını pozan şəxslərlə bağlı sərt göstəriş verib. Onun sözlərinə görə, işləməkdən yayınanlar sürətləndirilmiş hərbi hazırlığa cəlb olunacaq və daha sonra ölkənin cənub sərhədinə göndəriləcəklər.
“İşləməyi bilməyən hər kəs – orduya və cənub sərhədinə. Meşəyə”, – deyə Lukaşenko vurğulayıb.
Tahir Turan
Globalinfo.az