Argentinanın 2026-cı il dünya çempionatında məğlubiyyətindən sonra paytaxt Buenos-Ayresdə iğtişaşlar başlayıb.
Globalinfo.az xəbər verir ki, etirazlar nəticəsində xəsarət alanlar və saxlanılanlar var.
Məlumata görə, ən azı 15 nəfər həbs olunub və üç polis yaralanıb. Həmçinin kütlənin arasında bəzi şəxslərin əşyaları və mobil telefonları oğurlanıb.
Final fitindən dərhal sonra minlərlə azarkeş milli komandanı dəstəkləmək üçün abidənin yaxınlığında toplaşıb, lakin dinc toplantı tez bir zamanda aqressivliklə əvəz olunub. Beləliklə azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb.