Peruda baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində azı 6 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Şurasının sədri Luis Arroyo Sançes məlumat verib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 250-dən çox evə ziyan dəyib, 48 bina isə tamamilə dağılıb.