Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisələr Azərbaycanın turizm sektoruna da təsirsiz ötüşməyib: “Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib. Bu, bir daha sübut edir ki, turizm siyasi proseslərdən ən tez təsirlənən sahələrdən biridir. Bu cür hallarda təsirləri minimuma endirmək üçün çevik qərarların qəbul edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır”.
R. Əliyev əlavə edib ki, Agentlik yaranmış vəziyyətə operativ reaksiya verərək marketinq fəaliyyətini alternativ bazarlara yönəldib və bunun nəticəsində turizm sektorunda gözlənilən daha böyük itkilərin qarşısını qismən almaq mümkün olub.