tramp iran

İran ABŞ-la yaxın vaxtlarda yeni danışıqların keçiriləcəyi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fars agentliyi İranın danışıqlar qrupuna yaxın mənbəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl “Axios” portalı ABŞİran arasında növbəti danışıqlar raundunun gələn həftə keçirilə biləcəyini, görüş üçün əsas namizədlərdən birinin isə İsveçrə olduğunu yazıb.

“Bu məlumat doğru deyil və heç bir əsası yoxdur”, – deyə iranlı mənbə vurğulayıb.

Bundan əvvəl CNN telekanalı regiondakı mənbələrə istinadən xəbər verib ki, Pakistan və Qətər Vaşinqtonla Tehran arasında növbəti gərginlikdən sonra tərəfləri yenidən danışıqlar masasına qaytarmağa çalışırlar.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: