nuv%C9%99 silahi 1jpg 1666610515

Finlandiya Prezidenti Aleksandr Stubb nüvə energetikası haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, dəyişikliklər ölkə ərazisindən nüvə silahının idxalı və tranzitinə qoyulan qadağanın ləğvini nəzərdə tutur.

Məlumata görə, yeni qanun 1 iyul tarixindən qüvvəyə minəcək. Təşəbbüs bu ilin aprel ayında Finlandiya parlamentinə təqdim olunub.

Finlandiyanın müdafiə naziri Antti Hakkyanen  bildirib ki, qanun qəbul edildikdən sonra da ölkə Nüvə Silahlarının Yayılmaması Müqaviləsi və digər beynəlxalq öhdəliklərinə sadiq qalacaq.

Qeyd edək ki, Finlandiyanın nüvə energetikası haqqında qanunu 1987-ci ildə qəbul olunub. Həmin qanun ölkə ərazisində nüvə partlayıcı maddələrinin idxalını, istehsalını, saxlanmasını və istifadəsini qadağan edirdi.

Müdafiə naziri vurğulayıb ki, qanuna edilən dəyişikliklər Finlandiyanın 2023-cü ildə qoşulduğu NATO standartlarına uyğunlaşması üçün zəruridir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: