ceyhun estok

Slovakiya Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə dövlət katibi “X” hesabında bildirib.

Dövlət katibi qeyd edib ki, görüş ötən il dekabrda Bratislavada keçirilən ilk fikir mübadiləmizdən və konsulluq əməkdaşlığı haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra baş tutub.

“Slovakiya–Azərbaycan Strateji Tərəfdaşlığını və ikitərəfli münasibətləri daha da gücləndirmək istiqamətində ortaq öhdəliyimizi müzakirə etmək imkanını yüksək qiymətləndirdim.

Biz daha yüksək səviyyəli səfərlərin hazırlanması üzərində çalışırıq. Nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanlar açıqdır”, – Dövlət katibi əlavə edib.

Paylaş: