“Rusiya və Belarus nüvə silahından istifadə etməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O qeyd edib ki, Rusiya və Belarus silahlı qüvvələri, eləcə də iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlıq mexanizmləri davamlı olaraq təkmilləşdirilir.
Diplomat həmçinin vurğulayıb ki, NATO qüvvələrinin İttifaq Dövlətinin sərhədləri yaxınlığında hərbi fəallığının artması və nümayişkaranə xarakter daşıyan fəaliyyətləri Moskva və Minskdə narahatlıq doğurur.
Qeyd edək ki, Rusiya və Belarus son illərdə hərbi inteqrasiyanı gücləndirib.
Belarus ərazisində Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi də bu əməkdaşlığın əsas elementlərindən biri hesab olunur.
Əliyar Xəlil
Globalinfo.az