Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin ilə görüşüb.
Globalinfo.az bildirir ki, bu barədə səfir “X” platformasında məlumat verib.
“Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdüm. Qardaş Azərbaycanı WUF13, 31-ci Bakı Enerji Forumu (BEF) və 2026-cı il Ümumdünya Ətraf Mühit Gününə uğurla ev sahibliyi etməsi münasibətilə təbrik etdim. Qardaşlıq əlaqələrimizi daha da genişləndirmək istiqamətində birlikdə irəliləməyə davam edirik”, deyə diplomat qeyd edib.