resize scaled

Cənubi Qafqazda sülh prosesinin davam etdiyi bir dövrdə keçmiş Qarabağ münaqişəsini xatırladan simvollar yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, Rusiyada Xankəndidəki “Biz və dağlarımız” abidəsinin surətinin açılması fonunda, həmin heykəlin Xankəndidəki taleyi də gündəmə gəlib.

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, uzun illər Qarabağ ermənilərinin simvollarından biri kimi təqdim edilən bu abidə Azərbaycanın suveren ərazisində yerləşən mədəni irs nümunəsidir:

“Azərbaycanın yanaşması indiyədək həmin ərazilərdəki tarixi, dini və mədəni abidələrə münasibətdə onların etnik-siyasi mənsubiyyətinə görə yox, mədəni irs obyekti kimi qorunması prinsipinə əsaslanıb. Bu baxımdan, abidənin sökülməsi ilə bağlı hər hansı rəsmi qərar, yaxud müzakirə mövcud deyil. Əksinə, Azərbaycan postmünaqişə dövründə beynəlxalq ictimaiyyətə bölgədə mədəni irsin qorunmasına sadiq olduğunu nümayiş etdirməyə çalışır”.

zuriye qarayeva 900x600 2

Züriyə Qarayeva

Politoloq bildirib ki, Yesentuki şəhərində həmin abidənin surətinin açılması isə sırf mədəni hadisədən daha çox siyasi və simvolik məna daşıyır:

Qarabağ münaqişəsinin hüquqi və siyasi baxımdan başa çatdığı bir vaxtda bu cür simvolların yenidən gündəmə gətirilməsi müəyyən dairələrin keçmiş narrativləri yaşatmaq cəhdidir. Lakin reallıq odur ki, bölgədə yeni status-kvo formalaşıb və Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub. Buna görə də ayrı-ayrı simvolik addımlar regionda yaranmış yeni geosiyasi reallığı dəyişdirmək gücündə deyil”.

Ləman İmran
Globalinfo.az

Paylaş: