İslam İnqilabı Keşikçiləri Korpusunun donanması Oman körfəzində ABŞ esminesinin hücumana məruz qaldığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, İran ordusunun məlumatına görə, zərbə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin İslam Respublikasının ərazi sularına yaxınlaşmaq cəhdinə cavab olaraq həyata keçirilib.
Hadisənin təfərrüatları, o cümlədən dəqiq vaxt, istifadə olunan qüvvələrin xarakteri və esminesə dəyən mümkün ziyan hələ açıqlanmayıb.
Tahir Turan
Globalinfo.az