WhatsApp Image 2026 04 17 at 15.40.11

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalması məsələsi ilə bağlı referendum keçirməkdə maraqlı görünmür.

Globalinfo.az xəbər verir ki, Şoyqunun sözlərinə görə, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ciddi iqtisadi problemlərlə üzləşəcək.

“Ölkəyə verilən qazın qiyməti 3-4 dəfə arta bilər və yalnız bu fərqin kompensasiyası üçün ildə təxminən 1 milyard dollar tələb olunacaq”, – Şoyqu deyib.

Rusiya rəsmisi hesab edir ki, Avropa İttifaqı bu xərcləri öz üzərinə götürməyə hazır deyil.  Moskva isə Ermənistanın Aİİ-dən mümkün çıxışının yaratdığı iqtisadi nəticələri maliyyələşdirməyəcək.

Şoyqu əlavə edib ki, Ermənistan hakimiyyəti Rusiya və Aİİ ilə əməkdaşlığın ölkə iqtisadiyyatı üçün əhəmiyyətini yaxşı anlayır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: