Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan üçtərəfli razılaşmaların həyata keçirilməsini, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımları və sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
Rusiya Prezidenti bütün məsələlərin konstruktiv şəkildə və Rusiya sülhməramlıları ilə əməkdaşlıq şəraitində həllinin vacibliyini qeyd edib.