Ermənistanın paytaxtı İrəvanda baş verən ağır cinayətin üstü açılıb.
Globalinfo.az xəbər verir ki, qatil əvvəlcə qurbanına bir neçə dəfə atəş açıb, daha sonra onu avtomobillə təqib edərək vurub.
Jurnalist Qaqik Şamşyanın yaydığı məlumata görə, 35 yaşlı İrəvan sakini Sərkis S. “Mercedes GLE” markalı avtomobillə Nubaraşen şossesində 41 yaşlı Qagik Haxverdyanı bir neçə dəfə atəş açıb. Yaralı şəxs qaçmağa çalışsa da, şübhəli onu avtomobillə vuraraq öldürüb.
Bundan sonra sərhədi keçərək Gürcüstana qaçmağa çalışan Sərkis Tavuş bölgəsində idarəetməni itirib. Onun avtomobili beton maneəyə çırpılıb və Ağstafaçaya düşüb.
Hadisədən sonra İcevan Tibb Mərkəzinə aparılan şəxs tibbi yardım aldıqdan sonra xəstəxanadan qaçmağa cəhd edib. Lakin patrul əməkdaşları onu saxlayaraq bir neçə saat sonra yenidən İrəvana gətiriblər.
Faktla bağlı Ermənistan İstintaq Komitəsində araşdırma aparılır.
Tahir Turan
Globalinfo.az