1673462295 1673459648 qrossi

“Dünyada nüvə fəlakəti riski hazırda Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə yüksəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

O bildirib ki, dünya təhlükəli bir mərhələyə daxil olub:

Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb. Sülh və təhlükəsizliyi dəstəkləyən çoxtərəfli mexanizmlər böyük gərginlik altındadır”.

Qrossi əlavə edib ki, hazırkı vəziyyət nüvə sahəsində daha çox iştirakçının olması, risklərin artması və beynəlxalq mühitdə aydınlığın azalması ilə xarakterizə olunur.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: