Vaşinqtonda baş verən hücum hadisəsinin şübhəlisinə aid olduğu iddia edilən izahat ictimaiyyətə açıqlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYT) məlumat yayıb.
“31 yaşlı kaliforniyalı Koul Tomas Allen izahatda müəllif dövlət rəsmilərini hədəf kimi qeyd edib və təhlükəsizlik xidmətlərinin fəaliyyəti barədə sərt fikirlər səsləndirib. O, xüsusilə ABŞ Gizli Xidmətini tənqid edərək, təhlükəsizlik səviyyəsinin gözləniləndən xeyli zəif olduğunu iddia edib”, – deyə bildirilib.
Şübhəli yazıb ki, tədbir zamanı güclü nəzarət gözləsə də, nə yolboyu, nə oteldə, nə də girişlərdə ciddi təhlükəsizlik tədbirlərinin şahidi olub:
“Allen, həmçinin sistemdə “bacarıqsızlıq” olduğunu əlavə edib, belə vəziyyətin ciddi risklər yaratdığını bildirib.
İzahatın sonunda müəllif emosional vəziyyətini təsvir edərək, gördüyü hərəkətlərə görə peşmanlıq və eyni zamanda qəzəb hiss etdiyini qeyd edib”.
Xatırladaq ki, 25 aprel axşamı Ağ Ev Müxbirləri Assosiasiyasının “Vaşinqton Hilton” otelində keçirilən qala şam yeməyi zamanı atışma baş verib.
Safura Bənnayeva
Globalinfo.az