AI

Avropa İttifaqının Ermənistanda yeni missiyası yaradılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında bildirilir.

Qeyd olunur ki, yeni təsis edilən Avropa İttifaqının Ermənistandakı Tərəfdaşlıq Missiyası ölkənin demokratik dayanıqlığını gücləndirməyə və böhranları idarə etmə qabiliyyətini artırmağa yardım göstərəcək.

Həmçinin missiya Ermənistana mediada manipulyasiyalarla, kiberhücumlarla və qanunsuz maliyyə axınları ilə mübarizədə dəstəyini əsirgəməyəcək.

Əliyar XƏlil

Globalinfo.az

Paylaş: