Polşa və Fransa birgə nüvə təlimləri keçirə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron və Polşanın Baş naziri Donald Tusk Parisin himayəsi altında birgə nüvə təlimlərini müzakirə ediblər.
“Fransa nüvə silahına malik yeganə Avropa İttifaqı (Aİ) ölkəsi olaraq qalır”, – deyə nəşr vurğulayıb.
Polşa, Almaniya, Yunanıstan, Hollandiya, Belçika, Danimarka və İsveç bu müqavilə çərçivəsində Fransaya qoşulacaqlar.
“Fransanın əməkdaşlıq üçün dəvət etdiyi ölkələr qrupuna qoşulmaq qərarına gəldik. Bu, Avropa suverenliyinin zəruriliyini anlayan ölkələrdən ibarət eksklüziv bir qrupdur. Biz nüvə silahından çəkindirməyə ehtiyac duyduğumuz bir dünyada yaşayırıq”, – deyə D.Tusk qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az