owl detail 620 7b463b7b9b88e66e0627101d53b643f0

Nyu-Yorkun yeni meri Zoxran Mamdani andiçmə mərasimini metro stansiyasında keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

“Kiçik mərasim yanvarın 1-i, gecə yarısından sonra Manhettendəki Siti-Hol stansiyasında baş tutub. Bu stansiya Nyu-Yorkun ilk metro stansiyalarından biridir və 1945-ci ildən bağlıdır. Andiçmə mərasimini Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms qəbul edib. Mamdani andiçmə zamanı əlini Qurana qoyub.

O, tarixi metro stansiyasını simvolik mərasimin keçiriləcəyi yer olaraq seçməsini şəhərin ictimai nəqliyyatının yaşayış, sağlamlıq və mədəni irsi üçün əhəmiyyətinin göstəricisi olması ilə izah edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: