tramp 0112 900x600 1

Donald Tramp bildirib ki, ABŞİran arasında aparılan danışıqlarla bağlı günün sonuna qədər əlavə məlumat açıqlanacaq.

Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib:

“Günün sonuna qədər müəyyən məlumatımız olacaq. Onlarla danışıqlar aparırıq və sərt mövqe nümayiş etdiririk”, – Tramp qeyd edib.

Prezident konkret olaraq hansı məlumatdan söhbət getdiyini açıqlamayıb.

Trampın sözlərinə görə, İranla danışıqlar davam edir və müzakirələr olduqca müsbət gedir:

“İranla çox yaxşı müzakirələr aparırıq. Hər şey yaxşı istiqamətdə irəliləyir. İran “Hörmüz”lə bağlı qərarları ilə ABŞ-ı “şantaj edə bilməyəcək”, – deyə ABŞ prezidenti vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: