Donald Tramp bildirib ki, ABŞ və İran arasında aparılan danışıqlarla bağlı günün sonuna qədər əlavə məlumat açıqlanacaq.
Globalinfo.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib:
“Günün sonuna qədər müəyyən məlumatımız olacaq. Onlarla danışıqlar aparırıq və sərt mövqe nümayiş etdiririk”, – Tramp qeyd edib.
Prezident konkret olaraq hansı məlumatdan söhbət getdiyini açıqlamayıb.
Trampın sözlərinə görə, İranla danışıqlar davam edir və müzakirələr olduqca müsbət gedir:
“İranla çox yaxşı müzakirələr aparırıq. Hər şey yaxşı istiqamətdə irəliləyir. İran “Hörmüz”lə bağlı qərarları ilə ABŞ-ı “şantaj edə bilməyəcək”, – deyə ABŞ prezidenti vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az