Brüsseldəki Avropa İttifaqı (Aİ) səfirləri bu gün Ermənistana yeni mülki missiya göndərmək qərarını təsdiqləyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilir ki, bununla gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiqə yol açılıb.
“Həmin sənədə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir.
Bu məsləhətləşmələr siyasətin hazırlanması, xarici məlumatların manipulyasiyasının, kiberhücumların və qanunsuz maliyyə axınlarının aşkarlanması və cavablandırılmasına yönələcək.
Missiya həmçinin Aİ metodologiyaları və standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv aşkar edib cavablandırmaq məqsədilə Ermənistanın təhlükəsizlik imkanlarının inkişafı üçün zəruri tədbirləri qiymətləndirəcək, – bildirilib.
Qeyd edək ki, rəsmi Bakı Aİ missiyasının Azərbaycanla sərhəddə yerləşməsinin qəbuledilməz olduğunu bildirmiş, bunu İrəvanın qarşısını tələb kimi irəli sürmüşdü.
Safura Bənnayeva
Globalinfo.az