magyar

Müharibə vəziyyətində olan Ukraynanın Aİ-yə qəbul edilməsi tamamilə absurd bir fikirdir.

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın yeni Baş naziri Peter Madyar bildirib.

Onun sözlərinə görə, Kiyev ittifaqa qoşulmaq üçün tam danışıqlar prosesindən keçməlidir.

Eyni zamanda, Madyar bildirib ki, heç kim ukraynalılara müharibəni hansı şərtlərlə bitirməli olduqlarını diktə etməməlidir:

“Biz başqa ölkənin daxili işlərinə qarışmaqdan çəkinəcəyik. Macarıstanla bağlı bütün ölkələrdən də eyni şeyi tələb edirik”, – deyə baş nazir vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: