Bu gün Macarıstanda parlament seçkiləridir.
Globalinfo.az xəbər verir ki, seçki məntəqələri axşam saat 19:00-a qədər açıq qalacaq.
Artıq səhər saatlarında Macarıstan vətəndaşları bütün ölkə üzrə seçki məntəqələrinə axın etməyə başlayıblar.
Milli Seçki Komitəsinin məlumatına görə, ölkədə və xaricdə 8,12 milyondan çox vətəndaş səs vermək hüququna malikdir.
Qeyd edək ki, vətəndaşlar Baş nazir Viktor Orbanın “Fides” partiyası ilə onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyası (KDNP) arasındakı ittifaqın hakimiyyətdə qalıb-qalmayacağına və ya müxalifətdəki “Tisza” partiyasının qalib gəlib-gəlməyəcəyi ilə bağlı qərar qəbul edəcək.