2026 03 25 19 33 20OiObqnXcbosFac9PYoEC file 23

Ağcabədidə 4 otaqlı evdə yanğın olub

Globalinfo.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ağcabədi rayonunun Qaraxanlı kəndi ərazisində baş verib.

Kənd sakini Qaçay Cavadova məxsus 4 otaqlı evdə baş verən yanğın zamanı evin bir otağı əşyaları ilə birlikdə, həmçinin dam örtüyü yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağcabədi rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: