İsrail parlamenti terrorda təqsirləndirilən şəxslərə qarşı ölüm hökmünün tətbiqinə icazə verən qanunu qəbul edib.
Globalinfo.az xəbər verir ki, sənədə əsasən, bu kateqoriyadan olan cinayətlərə görə edam hökmü nəzərdə tutulur və onun asılmaq yolu ilə icra olunması planlaşdırılır.
Qanun din və ya etnik mənsubiyyət fərqi qoymadan bütün radikal qrupların üzvlərinə şamil edilir.
Rəsmi açıqlamada vurğulanır ki, təsdiqlənmiş versiyada ölüm hökmü mexanizmi daha dəqiq müəyyənləşdirilib və bu cəza yalnız konkret ağır terror cinayətlərinə tətbiq olunacaq. Sənəddə həmçinin qeyd olunur ki, qanun yalnız müəyyən qruplara deyil, eyni cinayətləri törədən yəhudi mənşəli şəxslərə də şamil edilə bilər.
Əliyar Xəlil
Globalinfo.az