nocomment 530a47c773c19536a03bce61fe4dd725 o384vgp1yr7lbzkh5xnw 640x336 1

Rusiyanın məşhur radio stansiyası UVB-76 (“Qiyamət Radiosu”) növbəti dəfə diqqət mərkəzinə düşüb.

Globalinfo.az xəbər verir ki, stansiya bu dəfə efirə “şeyx” sözünü ehtiva edən yeni kodlaşdırılmış mesaj ötürüb.

Təxminən bir saat sonra isə efirdə daha bir qeyri-adi söz – “srezovak” səsləndirilib. Bildirilir ki, bu cür məzmunlu kodların əvvəlki yayımlarda qeydə alınmaması marağı daha da artırıb.

Qeyd edək ki, UVB-76 uzun illərdir mənası açıqlanmayan rəqəmsal və şifahi siqnallar ötürməsi ilə tanınır. Bu mesajların kimə və nə məqsədlə göndərildiyi rəsmi şəkildə heç vaxt açıqlanmayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: