iran 1111

Xatəm əl-Ənbiya hərbi komandanlığının mərkəzi qərargahının sözçüsü ABŞ Prezidenti Donald Trampın 48 saatlıq ultimatumuna cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Hərbi rəsmi xəbərdarlıq edib ki, ABŞ İrandakı yanacaq və ya enerji infrastrukturuna hücum edərsə , İran da öz növbəsində Vaşinqton və onun regiondakı müttəfiqlərinin enerji, informasiya texnologiyaları və duzsuzlaşdırma infrastrukturuna hücum edəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt verdiyini açıqlamışdı. Əks təqdirdə ölkənin iri elektrik stansiyalarını məhv etməklə hədələmişdi.

“Əgər İran təhdidlərdən çəkinərək Hörmüz boğazını 48 saat ərzində tamamilə açmasa, Amerika Birləşmiş Ştatları onun müxtəlif elektrik stansiyalarını məhv edəcək. Və ilk olaraq ən böyüyündən başlayacaq”, — Tramp bildirmişdi.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: