iran abs muharibe 900x600 3

ABŞ administrasiyası Donald Trampın tapşırığı ilə Pentaqona İranla bağlı mümkün quru əməliyyatına dair planların hazırlanmasını həvalə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə CBS News mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ hərbi qurumları artıq regionda quru qoşunlarının yerləşdirilməsi ilə bağlı hazırlıq işləri aparıb.

Eyni zamanda, Donald Tramp jurnalistlərə açıqlamasında hazırda belə bir qərarın olmadığını vurğulayıb:

“Mən heç yerə qoşun göndərmirəm. Əgər belə bir addım atsaydım, bunu mediaya deməzdim”.

Bundan əvvəl “Reuters” yazıb ki, ABŞ Yaxın Şərqə təxminən 2,5 min dəniz piyadası, həmçinin desant gəmisi və onu müşayiət edən hərbi gəmilər göndərir. Mənbələrin bildirdiyinə görə, İran ərazisinə qoşun yeridilməsi ilə bağlı hələlik rəsmi qərar qəbul olunmayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: