tonqal 1

Bakıda azyaşlı tonqala düşərək xəsarət alıb. 

Globalinfo.az bildirir ki, bu barədə “Yeni Sabah”a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Hadisə martın 17-də saat 21:35 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Tonqal zamanı yanma hadisəsi ilə bağlı daxil olan çağırış əsasında əraziyə dərhal təcili tibbi yardım briqadası göndərilib.

Həkimlərin müdaxiləsi nəticəsində 2018-ci il təvəllüdlü azyaşlı oğlana hadisə yerində tibbi yardım göstərilib.

Paylaş: