israil ordu 13

Beş Qərb ölkəsi – Kanada, Fransa, Almaniya, İtaliya və Birləşmiş Krallıq İsrailə Livanda quru əməliyyatına başlamamaq üçün çağırış edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Ölkələrin birgə bəyanatında qeyd olunub ki, belə bir addım regionda vəziyyəti daha da gərginləşdirə, mülki əhali arasında itkiləri artıra və genişmiqyaslı humanitar böhrana səbəb ola bilər.

Eyni zamanda, bəyanatda “Hizbullah” təşkilatına da çağırış edilib. Bildirilib ki, təşkilat silahsızlaşmalı, mülki hədəflərə yönələn hücumları dərhal dayandırmalıdır.

Qeyd olunub ki, bölgədə davamlı sabitlik yalnız qarşılıqlı addımlar və beynəlxalq hüquqa riayət olunması ilə mümkün ola bilər.

Bəyanat müəllifləri vurğulayıblar ki, münaqişənin genişlənməsi təkcə Livan və İsrail üçün deyil, bütün region üçün ciddi təhlükələr yaradır.

Tahir Turan
Globalinfo.az

Paylaş: