İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyat başlatması fonunda minlərlə amerikalı əsgər həyatını itirə və ya əsir düşə bilər.
Globalinfo.az-ın xəbərinə görə, Laricani qeyd edib ki, bəzi ABŞ rəsmiləri İrana qarşı quru əməliyyatı həyata keçirməyi planlaşdırır.
O əlavə edib ki, İmam Xomeyninin və İmam Xameneinin əsgərləri düşmənləri gözləyəcək. Quru döyüşündə minlərlə ABŞ əsgəri məhv ediləcək və ya əsir düşəcək.
Qeyd olunur ki, Laricaniyə aid olan bu sosial media paylaşımı hazırda “X” platformasından silinib.
Əliyar Xəlil
Globalinfo.az