Araqci

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin hərbi əməliyyatlarla bağlı mövqeyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə xarici mediaya açıqlama verib. Nazir bildirib ki, İran zərbələri ilk olaraq qarşı tərəfin hərbi bazalarına endirib.

Onun sözlərinə görə, həmin bazalar daha sonra boşaldılıb, şəxsi heyət otellərə yerləşdirilib və bu yolla “canlı qalxan” taktikası tətbiq olunub.

Əraqçi vurğulayıb ki, İran yalnız ABŞ ordusuna İrana qarşı əməliyyatda dəstək verən hərbi personalı və obyektləri hədəf almağa çalışır. O qeyd edib ki, məqsəd mülki şəxslər deyil, konkret hərbi infrastrukturdur.

Tahir Turan
Globalinfo.az

Paylaş: