Rusiyalı məşhur politoloq Qleb Pavlovski 71 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Vedomosti” yayıb.
Qəzet onun uzun sürən xəstəlikdən dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, Pavlovski Effektiv Siyasət Fondunun təsisçisi idi. Məhz onun fondu 2000-ci ildə Putinin hakimiyyətə gəlməsində böyük rol oynayıb.
O, 2004-cü ildə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin seçki kampaniyasında da iştirak edib.
Pavlovski ilə Putinin yolları 2011-ci ildə ayrılıb. Həmin dövrdə Rusiya Prezident Administrasiyasının sədrinin müşaviri vəzifəsindən istefaya göndərilən Pavlovskiyə bunun üçün əsas səbəb kimi onun şərhləri göstərilib.
İlkin Həsənov
Globalinfo.az