0123265af1edd533e14cbf87b6b1656d66190b

ABŞ Prezidenti Donald Trampın səhhəti yenidən müzakirə obyekti olub.

Globalinfo.az xəbər verir ki, Davosdakı kameralar Ağ Ev rəhbərinin əlindəki göyərmələri qeydə alıb.

Tramp məsələ ilə bağlı açıqlama verib.

“Yaxşıyam, əlimi masaya vurdum. Əgər göyərmə istəmirsinizsə, aspirin qəbul etməyin. Deyirlər ki, “Ürəyini sevirsənsə, aspirin qəbul et, amma kiçik göyərmələr istəmirsənsə, qəbul etmə”.

ABŞ lideri aspirin qəbul etdiyini vurğulayıb:

“Həkimlər mənə dedilər ki, bunu qəbul etməyə ehtiyac yoxdur, sağlamlığınız çox yaxşıdır. Mən də dedim ki, risk etmirəm. Amma bu göyərmə aspirinin yan təsirlərdən biridir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: