rusiya xin ela

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefonla Zaqafqaziyada vəziyyəti müzakirə edib.

Globalinfo.az xəbər verir ki, Rəsmi Moskva qeyd edib:

“Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması mövzusunu müzakirə edərkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir. Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur”.

Paylaş: