trampp 900x600 1

ABŞ-ın yaxın zamanlarda İrana zərbə vurmaq üçün lazımi imkanları yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı bir neçə hərbi əməliyyat variantına malik olduğunu iddia edir. Əslində isə bu belə deyil. Seçimlər bir il əvvəlkindən daha məhduddur”, – deyə bildirilib.

Qeyd olunub ki, əvvəllər prezidentin komandanlığı altında olan Amerika qoşunları və gəmiləri Karib dənizinə köçürülüb:

“Əgər zərbələr endirilərsə və iranlılar güclə cavab verərsə, ABŞ-ın qoşunları Tehranın raketlərindən qorumaq üçün çox az imkanı olacaq. Pentaqonun Qətərdəki Əl-Udeyd hava bazasında 10 min əsgəri, İraq, Suriya və İordaniyada daha kiçik kontingenti var. Buna baxmayaraq, Prezident hələ də İran liderlərinə və ya hərbi obyektlərinə hava hücumları əmri verə bilər”.

Nəşrin məlumatına görə, Tramp İrana zərbə üçün qanunvericilərlə də hesablaşmalıdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: