Rusiya Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı geyimindəki detallara diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə “360.ru” məlumat yayıb.
Qeyd olunub ki, Mayamidə ABŞ Prezidenti Donald Trampla görüş üçün Zelenski rəsmi kostyum əvəzinə qara köynək geyinib. Jurnalistlər bunu zarafatla “əvvəllər heç vaxt baş verməyib, amma yenə belədir” deyə qeyd ediblər.
Həmçinin internetdə yazılıb ki, ABŞ rəsmiləri Ukrayna Prezidentini pilləkənlərdə qarşılamayıblar. Onun yerinə “şortlu oğlanlar” və Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina onu qarşılayıblar.
Tahir Turan
Globalinfo.az