Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya hədiyyə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə diplomat Telegram kanalında paylaşım edib.
Zaxarova hədiyyənin fotosunu izləyiciləri ilə bölüşüb.
Üzərində “Moskva” və “Kreml” sözləri yazılmış hədiyyə qutusunün yanında prezidentin imzası olan bir kart da görünüb.
Medianın məlumatına görə, hədiyyə Kremldə qeyri-rəsmi görüş zamanı təqdim edilib.
Qeyd edək ki, dekabrın 24-də Mariya Zaxarovanın 50 yaşı olub. Elə həmin gün Kremldə keçirilən dövlət mükafatlandırma mərasimində Putindən 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini alıb. Mərasimdə Putin onu ad günü münasibətilə təbrik edib və “Rusiya diplomatiyasının səsi” adlandırıb.
Əliyar Xəlil
Globalinfo.az