teymur kerimov

“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimovun barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Kassasiya şikayəti qismən təmin edilib. Onun cəzası 2 il azaldılıb.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Teymur Kərimov 2 il jurnalistika fəaliyyətinə qadağa qoyulmaqla, 8 il müddətində azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən Teymur Kərimovun cəzasını 1 il azaltmışdı.

    Qeyd edək ki, Teymur Kərimov və onunla birgə ittiham olunan İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qroxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Onunla birgə ittiham olunan İstək Totiyevaya isə 2 il sınaq müddəti seçilməklə şərti cəza verilib.

    Paylaş: