250922 putin rs 436302

Rusiya Prezidenti Vladimir Putinin canlı sual-cavab sessiyasının iştirakçılarından müsadirə edilən əşyalar arasında kələm turşusu, enerji içkiləri və naringi olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Girişdə iştirakçılardan müxtəlif spreylər, burun damcıları, şokoladlar və içkilər də müsadirə edilib.

Birbaşa xəttə gətirilməsi qadağan olunmuş əşyaların siyahısına portativ şarj cihazları (power bankları) və veyplər, partlayıcı maddələr, tezalışan əşyalar, bannerlər, bayraqlar, dronlar və sair daxildir”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: