200730091946 file lukashenko putin

Qırğızıstana səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə komuz musiqi aləti hədiyyə edilib.

Globalinfo.az xəbər verirm ki, bu barədə jurnalist Pavel Zarubin “Moskva. Kreml. Putin” proqramında məlumat verib.

“Putin noyabrın 25-dən 27-dək Qırğızıstanda olub və KTMT ölkələrinin rəhbərləri ilə birlikdə “Enesai” adlı milli yurdu qeyri-rəsmi şəkildə ziyarət edib. Burada dövlət başçılarına komuzun hazırlanma prosesi nümayiş etdirilib”, – deyə Zarubin bildirib.

O qeyd edib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko təqdim olunan komuzu Putinə hədiyyə edərkən zarafatla “O, sadəcə bunu almaq istəyirdi, mən bilirəm” deyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: