TTvU8zn9gCdF8Xsq3nOK9Fm6cV1RsJtcnLFwGBJi 1200

Rusiya Prezidenti Vladimir Putin baş prokurorun müavini Gennadi Lopatini vəzifəsindən azad edib.

Globalinfo.az xəbər verir ki, müvafiq fərman noyabrın 25-də rəsmi hüquqi informasiya saytında dərc olunub.

“Gennadi Borisoviç Lopatin Rusiya Federasiyası Baş prokurorunun müavini vəzifəsindən azad edilsin”, – sərəncamda deyilir.

Həmçinin qeyd edilir ki, Prezident Oleq Loqunovu Rusiya Federasiyası Baş Prokurorluğunun Kadrlar üzrə Baş İdarəsinin rəisi təyin edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: